• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanı Azərbaycanla sərhəd komissiyasında kim təmsil edəcək?

Ermənistanı Azərbaycanla sərhəd komissiyasında kim təmsil edəcək?
10.05.2022 16:40

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın rəhbəri postuna ən çox ehtimal olunan namizəddir. Bu barədə Ermənistan KİV məlumat verib
 
Mher Qriqoryanla bağlı məlumat rəsmi olaraq təsdiqini tapmasa da, hakimiyyət kluarlarında aktiv şəkildə yayılır.

Rəsmi Bakı sözügedən komissiyaya iki ölkənin baş nazir müavinlərinin rəhbərliyini təklif edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 10-da bildirib ki, Bakı artıq öz namizədini İrəvanla razılaşdırıb. Komissiyanın ilk iclasının aprelin sonunadək keçirilməsi nəzərdə tutulmuşdu, amma gerçəkləşmədi.
 
"Hətta ilk telefon danışığı zamanı Ermənistanın xarici işlər naziri bunu anlayışla qəbul edib və bildirib ki, bu təklifin Ermənistanda müzakirəsi üçün əlavə vaxta ehtiyac var. Sonradan erməni tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu bildirib. Komissiyanın tərkibinə dair tərəflər arasında razılaşma var”, - deyə Bayramov bildirib.

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, anklavların qaytarılması məsələsinə Ermənistanla delimitasiya çərçivəsində baxılacaq.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol