• $
  • €
  • ₽
  • ₺
  • £

STM prezidentin korrupsiyaya ilə bağlı sərəncamına dair ilk iclas keçirdi

STM prezidentin korrupsiyaya ilə bağlı sərəncamına dair ilk iclas keçirdi
07.06.2022 11:54
Sosial Tədqiqatlar Mərkəzinin işçi qrupu İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun  iştirakı ilə Prezidentin korrupsiyaya qarşı mübarizə ilə bağlı sərəncamında nəzərdə tutulan istiqamətlə bağlı ilk iclasını keçirib.
 
Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Əsas fəaliyyətlərindən biri həm də dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə  keyfiyyət və məmunluğun qiymətləndirilməsi olan STM-in işçi qrupunun iclasında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nın Tədbirlər Planının 4-cü prioritet istiqaməti (Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər) üzrə 9-cu tədbirdə,  "Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə rəsmi internet saytları və sosial şəbəkələr vasitəsilə mütəmadi elektron məmnunluq sorğularının keçirilməsi, bu prosesə vətəndaş cəmiyyəti institutlarının və ictimai şuraların cəlb edilməsi” və s.  kimi məsələlər müzakirə edilib.

Bu tədbir üzrə fəaliyyətlər mütəmadi olaraq və Milli Fəaliyyət Planının Tədbirlər Planının qüvvədə olduğu bütün dövrü (2022-2026-cı illər) əhatə etməlidir.
İclasda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin 2022-ci il 11 aprel tarixli qərarı ilə yaradılmış işçi qrupun rəhbəri-Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov çıxış edərək işçi qrupunun fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 140-a yaxın dövlət orqanı və dövlət təsisatının göstərdiyi 1000-dən artıq xidmət, o cümlədən 500-dən artıq elektronlaşdırlmış xidmət üzrə əhalinin məmunluğu və göstərilən xidmətlərin keyfiyyətinin müəyyən edilməsi məqsədi ilə metodologiya hazırlanıb.
 
Hazırda ictimai rəyin öyrənilməsi üçün zəruri işlər həyata keççirilir. Yaxın vaxtlarda maraqlı tərəflərlərlə, o cümlədən ixtisaslaşmış vətəndaş cəmiyyəti qurumlarının və ictimai şuraların nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçiriləcək.

İclasda bildirilib ki, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nda göstərildiyi kimi "ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır”. Bu baxımdan dövlət orqanlarının və dövlət təsisatlarının, həmçinin dövlətə tabe olan və ya səhmlərinin nəzarət paketi dövlətdə olan kommersiya qurumlarının, həmçinin kommunal sferada olan kommersiya qurumlarının əhaliyə göstərdiyi xidmətlərin keyfiyyətinin, xidmət alanlarda məmunluğun artırılması, xidmətlərin maksimum əlçatan və asan olması üçün son 15 ildə əhəmiyyətli fəaliyyətlər həyata keçirilib.
 
Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə  keyfiyyət və məmunluğun qiymətləndirilməsinin əsas məqsədi Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin dövlət orqanları və dövlət təsisatları tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi, qanunvericilik və onun tətbiqi prosesində mövcud olan problemləri öyrənməklə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin məmunluğunun artırlması üçün müvafiq qurumlara siyasətin müəyyən edilməsi istiqamətində təkliflər hazırlamaqdır.

Daha sonra qurumun sözügedən fəaliyyət istiqamətinə dair həyata keçirəcək tədqiqatların metodologiyasına dair geniş fikir mübadiləsi aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol