Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə komissiyanın tərkibi dəyişdi

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişiklik edilib.
Xarici İşlər Nazirliyi Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Özbəkistan tərəfinə müvafiq bildiriş göndərəcək
www.anews.az
Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının 1-ci hissəsində "Azərbaycan Respublikası Baş nazirinin birinci müavini” sözləri "Azərbaycan Respublikasının iqtisadiyyat naziri” sözləri ilə əvəz edilsin və həmin hissədən "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















