Rusiya, Çin və Hindistana hərbi ittifaq yaratmaq barədə - Çağırış

Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini Avropa İttifaqı və Şimali Atlantika Alyansına alternativ olaraq Rusiya, Çin və Hindistanın iqtisadi və hərbi ittifaqlarının yaradılması üçün siqnal adlandırıb.
"Bu səfər Aİ və NATO-ya alternativ olan iqtisadi və hərbi ittifaqlar yaratmaq barədə düşünmək üçün daha bir ciddi siqnaldır. Çin bu gün ANŞ-ın yandırdığı atəşə yağ tökmədi, amma düşünürəm ki, hazırda küləyin istiqamətini müəyyən edir. Çin düzgün cavab axtarışındadır. Çin müdrikliyi öz işini görəcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















