• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyanın Baş naziri ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb

İtaliyanın Baş naziri ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb
24.08.2022 22:39
İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb.

"Əlcəzairdən Azərbaycana qədər tədarükün artırılması üçün yeni müqavilələr bağladıq. Keçən il təbii qaz idxalımızın 40 faizi Rusiyadan gəldi. Bu il Rusiyadan təbii qaz orta hesabla yarıya qədər azaldı”, - Mario Draqi deyib.

"Bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirdik. 2022-ci ilin 8 ayında bərpa olunan enerjiyə tələbat 2020 və 2021-ci illərin cəmindən təxminən 4 dəfə çoxdur”, - Baş nazir əlavə edib.

Draqi İtaliyanın təbii qaz ehtiyatının hazırda yüzdə 80 faiz olduğunu və oktyabrda bunu yüzdə 90-a çatdırmağı hədəflədiklərini, bununla belə, qaz tədarükü həcmlərinin saxlanmasının dayanıqsız səviyyələrə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini ifadə edib.

Draqi bir tərəfdən Avropanın suverenlik hüquqlarından bəhs edərkən, digər tərəfdən təbii qaz ehtiyacının az qala yarısının Rusiyadan qarşılanmasının bir-biri ilə uyğun olmadığını vurğulayıb. O, qeyd edib ki, bu səhv heç vaxt təkrarlanmamalıdır.

Baş nazir 2024-cü ilin payızına qədər İtaliyanın Rusiya təbii qazından asılılıqdan tamamilə xilas olacağını vəd edib. İtaliyanın yeni təbii qaz tədarükü layihələrinin nəzərdə tutulan müddətdə tamamlanacağını, 2024-cü ilin payızına qədər Rusiya qazından asılılıqdan tamamilə azad olacağını qeyd edən Draqi deyib: "Bu, milli təhlükəsizlik üçün əsas hədəfdir. Çünki Rusiya istifadə etməkdən çəkinmir. Təbii qaz Ukrayna və onun Avropalı müttəfiqlərinə qarşı geosiyasi silahdır”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol