• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev və Paşinyan gələn həftə görüşəcək

İlham Əliyev və Paşinyan gələn həftə görüşəcək
25.08.2022 14:02
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın  avqustun 31-də Brüseldə görüşü planlaşdırılır. Bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
 
Ermənistan hökuməti bu məlumatı təsdiq edib. Rəsmi Bakı isə hələlik məsələyə münasibət bildirməyib. 
 
İki ölkə liderinin görüşü Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.
 
Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu görüşdən əsas gözlənti dəhlizlə bağlıdır.
 
"Əslində Brüsseldə liderlərin görüşü olmalı idi. Çünki may ayının 22-də Brüsseldə Avropa İttifaqının rəhbərinin vasitəsi ilə İlham Əliyev və Paşinyan arasındakı görüşdə belə qənaətə gəlinmişdi ki, iyul və ya avqustda yenidən görüş olunacaq. Rəsmi Moskva görüş yeri üçün Brüsseli qabaqlamaq istəyirdi. Amma harada olmasından asılı olmayaraq bizim üçün əsas məsələ dəhlizin açılmasını sürətləndirmək, sərhəd məsələsi ilə bağlı komissiya işini yekunlaşdırmaq və nəhayət Ermənistanla sülh sazişi imzalamaqdır. Amma Ermənistan məsələləri ləngidir, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Belə olan halda Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq”, - şərhçi əlavə edib.
 
Deputat Fazil Mustafanın fikrincə, bu görüşdə bilinən tək məsələ "10 noyabr" bəyanatının müzakirə edilməsidir.
 
"Bu müzakirə nəticəsində Azərbaycan gördüyü işləri ortaya qoyacaq. Ermənistan da bunu etməlidir. Ermənistan Zəngəzur layihəsini təqdim etməlidir. Əgər etməsə, problem olduğu kimi qalacaq”, - millət vəkili bildirib.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 22-də  sonuncu Brüsseldə görüşü olub. İlk əvvəl Şarl Mişel İlham Əliyev və Paşinyanla təkbətək görüşüb. Daha sonra isə üçtərəfli görüş baş tutub.

İlham Əliyev və Nikol Paşinyan mayın 22-dən əvvəl aprelin 6-da  Brüsseldə görüşüblər. Onlar aprelin sonuna qədər ikitərəfli sərhəd komissiyasının yaradılması barədə razılığa gəlsələr də, bu məsələ ilə bağlı konkret addımlar atılmayıb. 

Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü 2021-ci il dekabrın 14-də başlayıb  Bu görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi həmin vaxt geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Cari il aprelin 29-da razılaşdırılmış növbəti görüşü isə Ermənistan tərəf  ləğv edib.
 
2022-ci il avqustun 29-da Moskvada Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının ikinci iclası keçiriləcək. İclasda Azərbaycan tərəfindən komissiyaya baş nazirin müavini, Dövlət Komissiyasının sədri Şahin Mustafayev rəhbərlik edəcək. Bu barədə haqqin.az məlumat paylaşıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol