• $
  • €
  • ₽
  • ₺
  • £

Şarl Mişel Azərbaycan və Ermənistanla bağlı mətbuata AÇIQLAMA VERDİ

Şarl Mişel Azərbaycan və Ermənistanla bağlı mətbuata AÇIQLAMA VERDİ
31.08.2022 20:25
Bu gün Azərbaycan Ermənistan arasında Brüseldə keçirilən görüşdə Xarici İşlər Nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməklə bağlı tapşırıqlar verilib. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir.
 
"Bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələrimiz Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəldi.
Mübadilələrimiz açıq və məhsuldar oldu və mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki bütün məsələlərə baxdıq.
 Son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır. Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və Xarici İşlər Nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq", Mişel vurğulayıb. 
 
Bəyanatda qeyd olunur ki, iki ölkə arasında humanitar məsələlərin də müzakirəsi aparılıb.
 
"Biz həmçinin humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr apardıq. Sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər üzrə irəliləyişi nəzərdən yetirdik. Razılaşdıq ki, Sərhəd Komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.", Mişel deyib.

Keçirilən görüşdə həm də nəqliyyat məsələlərin müzakirəsi aparılıb.
 
"Nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik. Bütün bu müzakirələrlə vurğulamaq istərdim ki, əhalini hər iki tərəfə götürmək və onları uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir. İctimai mesajlaşma bu baxımdan kritikdir - belə həssas bir vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə qarşı tərəf tərəfindən dinlənilir və ölçülür. Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək", Mişel əlavə edib.
 
Üçtərəfli görüşün növbəti dəfə keçirilməsi noyabra planlaşdırılıb.
 
Gülnar Nazimqızı 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol