Azərbaycan sərhədləri atəşə tutulub - MN

Azərbaycanın dövlət sərhədləri Ermənistan ordusu tərəfindən sentyabrın 22-də atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Müdafiə Nazirliyi məsələni hələ ki şərh etməyib.
"Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub", - məlumatda deyilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















