• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 1 713 meyiti Ermənistan tərəfə təhvil verib

Azərbaycan 1 713 meyiti Ermənistan tərəfə təhvil verib
06.10.2022 13:05
Azərbaycan İkinci Qarabağ müharibəsində əsir götürülmüş 164 ermənini və 1 713 meyiti qarşı tərəfə təhvil verib, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

"44 gün davam edən vətən müharibəsi dövründə 6 hərbçimiz itkin düşüb. 27 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin sentyabr ayına qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib", - o vurğulayıb.
 
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında  növbəti qarşıdurma başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
 
Ləman



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Siyasət 17:13
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol