• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni səfir tvitterdə Blinkeni işarələyib dəstək istədi

Erməni səfir tvitterdə Blinkeni işarələyib dəstək istədi
14.12.2022 15:36
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ABŞ dövlət katibi Entoni Blinkenə Qarabağdakı  humanitar böhranla müraciət edib. Bununla bağlı o öz Tvitter hesabında yazıb.

"Dağlıq Qarabağdakı humanitar böhranla bağlı narahatlığımız heç bir halda şişirdilmiş deyil. Böhran dərinləşir və Azərbaycan qazı kəsməkdə və yeganə humanitar yolu bağlamaqda davam edir, 30 mini uşaq olmaqla 120 min insanın həyatını təhlükə altına qoyur.  Bu səbəbdən hərəkətə ehtiyac var”, - deyə Marukyan yazıda Blinkeni işarələyib.

Erməni mediası, 13 dekabrdan Azərbaycan tərəfinin Qarabağa qaz verilməsinin dayandırıldığını yazır.

"Azəriqaz” məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur.

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb”, - qurumdan bildirilib.
 
Bazar ertəsi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçirirlər. Belə ki, onlar faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasını tələb edirlər.Aksiya iştirakçıları Sülhməramlıların rəhbəri Andrey Volkovun aksiya yerinə gəlməsini  tələb edirlər.
 
Lida Abbaslı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Siyasət 17:13
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
İlham Əliyev Vyetnama səfər edəcək
Siyasət 14:19
İlham Əliyev Vyetnama səfər edəcək
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
Siyasət 13:59
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Siyasət 13:47
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Siyasət 13:36
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol