• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST COVID-19-la bağlı fövqəladə vəziyyətin müddətini uzadıb

ÜST COVID-19-la bağlı fövqəladə vəziyyətin müddətini uzadıb
30.01.2023 17:48
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb. Bu barədə bazar ertəsi ÜST-nin Cenevrədəki qərargahı təşkilatın fövqəladə hallar komitəsinin iclasının yekunlarına dair məlumat yayıb.


ÜST-nin Baş direktoru hazırkı COVID-19 pandemiyası ilə bağlı komitənin tövsiyəsi ilə razılaşıb. Baş direktor Tedros Adhanom Ghebreyesus, pandemiyanın "beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə halı olmağa davam etdiyini" söyləyib.


ÜST Covid Fövqəladə Komitəsi üç aydan bir toplanır. Bu görüş 2020-ci ilin yanvarından bəri 14-cü görüş idi.


Mütəxəssislər belə qənaətə gəliblər ki, koronavirus pandemiyasının "döyüş nöqtəsinə yaxınlaşması” mümkündür. Onların fikrincə, peyvənd və keçmiş covid-19 səbəbiylə dünya əhalisinin yüksək immunitet səviyyəsinə nail olmaq "SARS-CoV-2-nin xəstələnmə və ölüm hallarına təsirini məhdudlaşdıra bilər".
 
Azərbaycanda covid-19 pandemiyasi 2020-ci ilin fevralında təsdiqlənib. Hazırda pandemiya ilə bağlı əksər məhdudiyyətlər aradan qaldırılsa da təkcə quru sərhədlər 3 ildir ki, bağlı qalır. Ölkədə son sutkada 23 nəfər virusa yoluxub,28 nəfər sağlar evə göndərilib. İndiyədək ölkədə ümumilikdə 827 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 590 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.
 
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 942 131 olub.
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Siyasət 17:13
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
İlham Əliyev Vyetnama səfər edəcək
Siyasət 14:19
İlham Əliyev Vyetnama səfər edəcək
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
Siyasət 13:59
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Siyasət 13:47
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Siyasət 13:36
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol