• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın resursları Avropanı 100 il ərzində qazla təmin etməyə imkan verir - Prezident

Azərbaycanın resursları Avropanı 100 il ərzində qazla təmin etməyə imkan verir - Prezident
30.01.2023 21:14
Azərbaycan ən azı 100 il qaz sektorunda Avropanın etibarlı tərəfdaşı olaraq qala bilər. Bu fikri bazar ertəsi prezident İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə danışıqlarının yekunlarına dair mətbuata açıqlamasında deyib.

"Azərbaycanın zəngin neft və qaz ehtiyatları ona uzun illər, ən azı 100 il təbii qaz sahəsində Avropa üçün etibarlı tərəfdaş olmağa imkan verir”, - prezident bildirib.

Əliyev vurğulayıb ki, 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, respublika 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ən azı iki dəfə artırmağı planlaşdırır. "Bunun üçün həm resurslar, həm də siyasi iradə var”, o əlavə edib.

Azərbaycan rəhbəri qeyd edib ki, son vaxtlar ölkədə üzə çıxan "yaşıl” enerjinin böyük potensialı respublikanın əhəmiyyətini daha da artırır. Onun sözlərinə görə, artıq bu sahədə həyata keçirilən layihələr dövləti Avropaya daha da yaxınlaşdıracaq.

Əliyev xatırladıb ki, 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında elektrik enerjisinin tədarükü haqqında saziş imzalanıb.

O bildirib ki, bir neçə gündən sonra Bakıda layihənin rəhbər komitəsinin ilk iclası keçiriləcək və həmin iclasda bu konsepsiyanın hazırlanmasına başlanılacaq.

Əliyevin Macarıstan rəhbərliyi ilə danışıqları nəticəsində bazar ertəsi yeddi ikitərəfli sənəd, o cümlədən qaz sahəsində əməkdaşlığa dair imzalanıb.
 
Gülnar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Siyasət 17:13
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
İlham Əliyev Vyetnama səfər edəcək
Siyasət 14:19
İlham Əliyev Vyetnama səfər edəcək
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
Siyasət 13:59
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Siyasət 13:47
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol