• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə olunub

Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə olunub
29.04.2024 20:10
Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun görüşündə iki qurum arasındakı əməkdaşlıq, eyni zamanda bu əməkdaşlığın dövlətlərarası və xalqlararası əlaqələrin inkişafına verəcəyi töhfə müzakirə edilib.
 
Fonddan verilən məlumata görə, Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən illərdə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının rəhbərliyi ilə görüşlərini xatırladıb, Azərbaycan-Çin dostluq və əməkdaşlığının genişlənməsinə dair iki qurum arasında imzalanan Memorandumu, həyata keçirilən layihələri qeyd edib.
 
Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının Heydər Əliyev Fondunun strateji tərəfdaşı olduğu, bu il hər iki qurumun yubileyinin - Heydər Əliyev Fondunun yaranmasının 20, Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyinin qeyd edilməsinin isə bir rəmzi məna daşıdığı bildirilib.
 
Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Azərbaycan Prezidentinin Çinlə əlaqələrə xüsusi önəm verdiyini, budəfəki görüşlərin və müzakirələrin Azərbaycanla Çin arasında əməkdaşlığın genişlənməsinə əlavə təkan olacağını qeyd edib. Görüşdə Heydər Əliyev Fondunun 20 illiyi ilə əlaqədar Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası tərəfindən Fondun prezidenti Mehriban Əliyevaya ünvanlanan təbrik məktubu təqdim olunub.

Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlığın əhatəsinin genişlənməsinə yönələn sahələr nəzərdən keçirilib. Dövlət səviyyəsində möhkəm təmələ söykənən əlaqələrlə yanaşı iki xalq arasında əlaqələrin, xalq diplomatiyasının da genişlənməsinin vacibliyi vurğulanıb. Qonaq bu istiqamətdə Heydər Əliyev Fondunun böyük rol oynayacağını bildirib. Azərbaycan və Çində mədəniyyət günlərinin təşkili, mədəniyyət sahəsində müxtəlif tədbirlərin keçirilməsi, gənclərin, eyni zamanda yeni media nümayəndələrinin qarşılıqlı səfərləri, şəhərlərarası əməkdaşlıqların artırılması təklif olunub.
 
Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsi müzakirə edilən məsələlərdən biri olub. Bildirilib ki, Çin Xalq Respublikası, o cümlədən Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası COP29 çərçivəsində lazımi dəstək göstərməyə və əməkdaşlığa hazırdır.
 
Heydər Əliyev Fondunun nümayəndə heyəti Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyi ilə əlaqədar tədbirlərdə iştirak üçün Çinə dəvət olunub.
 
Görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzindəki ekspozisiyalar – "Azərbaycan xalçası-ilmələrin rəqsi”, "Mini Azərbaycan”, "Musiqi alətləri: birlik və müxtəliflik”, "Klassik avtomobillər” sərgiləri ilə tanış olublar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Parlamentdə büdcə müzakirələri başlayıb
Siyasət 11:05
Parlamentdə büdcə müzakirələri başlayıb
Vəkil Elçin Əmirov həbs edilib
Siyasət 10:48
Vəkil Elçin Əmirov həbs edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:34
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident radio və televiziya işçilərini təbrik edib
Siyasət 19:44
Prezident radio və televiziya işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol