İlham Əliyev Avropa Komissiyasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayeni yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















