Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
"Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim. Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik”, – o qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















