Milli Məclisin 2025-ci il üçün xərclər smetası artırılır

Milli Məclisin 2025-ci il üçün xərclər smetası 51 milyon 851 min 447 manat təşkil edəcək, bu da 2024-cü illə müqayisədə bu 679 min 897 manat və ya 1,3 faiz çoxdur.
Parlamentin xərclərinin strukturuna 39 milyon 522 min 922 manat əməkhaqqı ödənişi, 300 min sosial ödənişlər daxildir.
Bundan başqa ölkə daxili ezamiyyətlər üçün 121 min 40 manat, ölkə xarici ezamiyyətlər üçün 2 milyon 300 min manat nəzərdə tutulub.
Xarici ölkələrin nümayəndə heyətlərinin, rəsmi şəxslərin qəbulu, onlara xidmət üçün 1 milyon 400 min manat vəsait ayrılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















