Deputat amnistiya və əhvetmə haqqında qanun qəbul etməyi təklif edir

Deputat Qüdrət Həsənquliyev amnistiya və əhvetmə haqqında qanun qəbul etməyi təklif edib. Bu barədə Həsənquliyev dekabrın 20-də Milli Məclisdə çıxışı zamanı deyib.
"Prezidentə yalnız məhkumları deyil,həm də istintaq altında olan şəxsləri məsuliyyətdən azad etmək səlahiyyəti verən amnistiya və əhvetmə haqqında qanun qəbul etməyi təklif edirəm!". - deputat bildirib.
Deputat həmçinin bir gün öncə Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmağı münasibətilə hamını təbrik edib və hökuməti Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün zəruri atımlar atmağa çağırıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















