Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib.
Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirib. Həmin şəxslərə Qazaxıstan tərəfi ilə birlikdə tibbi yardım göstərilməsi üçün səhiyyə naziri Teymur Musayevə müvafiq tapşırıqlar verilib.
Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlərin aparıldığı qeyd olunub. Xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış "Qaynar xətt” vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərildiyi qeyd edilib.
Azərbaycan Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirilib. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verilib.
Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında Azərbaycan evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















