Aviaqəzadan sağ çıxan şəxs təyyarə bələdçisinin cəsarətindən danışıb

Aktau yaxınlığında baş verən "Azerbaijan Airlines" təyyarə qəzasından sağ çıxan Yekaterinburq sakini Subxonkul Rəhimov TASS-a təyyarə bələdçisinin kritik anlarda öz vəzifələrini mükəmməl şəkildə yerinə yetirdiyini, dözüm və cəsarət göstərdiyini bildirib.
"Pilotlara daha yaxın olan stüardessa özünü tez ələ aldı, baxmayaraq ki, vəziyyət çox dəhşətli idi. Amma o, özünü saxladı. Belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiyaları və vəzifələri yerinə yetirdi,” - Rəhimov bildirib.
"Onun komandası ilə mən oturacağın arxasına söykəndim,” - o əlavə edib.
Rəhimov vurğulayıb ki, stüardessa öz işini "əla şəkildə yerinə yetirdi”.
"Bir qadın sənə "sakit olun” deyəndə - xatırlayıram ki, orada bir kişi etiraz edirdi - təbii ki, sakitliyini qorumaq lazımdır. O, əsasən Azərbaycan dilində danışırdı və insanları sakitləşdirirdi,” - Rəhimov agentliyə bildirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















