İlham Əliyev kubalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev kubalı həmkarı Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kuba arasında dostluq əlaqələri xoş ənənələrə əsaslanır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin daha da inkişafına, qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.
Bu xoş fürsətdən istifadə edərək Yeni, 2025-ci il münasibətilə də Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















