Ərdoğan İlham Əliyevə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ərdoğan iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə "Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini,Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərərək,hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.
İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin "Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini,ölkələrin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















