• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib

Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
10.01.2025 15:53
Türkiyə Ermənistanın sülhə bağlı mesbət mesajlarını yüksək qiymətləndirir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. 
 
"Regionumuzda davamlı sülh, sabitlik və rifah üçün tarixi fürsət pəncərəsi açılıb. İnanıram ki, Ermənistan da uzunmüddətli strateji anlaşma ilə hərəkət edəcək. Baş nazir Paşinyanın bu istiqamətdə verdiyi müsbət mesajları mühüm hesab edirik. O, sülhün lehinə mövqe bildirir, bu prosesdə müsbət irəliləyişlərə təkan verir. Biz tərəflər arasında vasitəçilərsiz ikitərəfli danışıqları dəstəkləməyə davam edirik. Sülhün bərqərar olması özü ilə regionumuzun inkişafında görünməmiş yeni imkanlar gətirəcək”, -  Fidan bildirib.
 
Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sülhün imzalanması istiqamətində öz təkliflərini dərc edib. 
 
Azərbaycan xarici işlər nazirinin sözçüsü Ayxan Hacızadə də buna cavab olaraq öz "X" hesabında yazıb ki, "Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir".
 
Hazırda sülh müqaviləsi istiqamətində danışıqlar davam edir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol