Zelenski Trampdan dəstək gözlədiyini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ -dan seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən sonra Rusiya ilə qarşıdurmada Ukraynanı gücləndirmək üçün fəaliyyətini davam etdirəcəyini gözlədiyini bildirib. Bu barədə Reuters xəbər verir.
Agentliyin məlumatına görə, Zelenski bir daha Ukraynanın "güclü” təhlükəsizlik zəmanəti almağa çalışdığını vurğulayıb. O, həmçinin Ukrayna münaqişəsinin 3 ilini tamamladığı bir vaxtda ölkə ordusuna dəstək verməyə çağırıb.
www.anews.az
Agentliyin məlumatına görə, Zelenski bir daha Ukraynanın "güclü” təhlükəsizlik zəmanəti almağa çalışdığını vurğulayıb. O, həmçinin Ukrayna münaqişəsinin 3 ilini tamamladığı bir vaxtda ölkə ordusuna dəstək verməyə çağırıb.
Bundan bir qədər əvvəl Britaniyanın "Financial Times” qəzeti yazıb ki, Trampın gələcək administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq strategiyası barədə hələ qərar verməyib, lakin Kiyevə dəstəyi davam etdirməyi planlaşdırır.
Nəşr qeyd edib ki, ABŞ-ın seçilmiş prezidenti 24 saat ərzində hərbi əməliyyatları dayandırmaq vədlərindən imtina edib, daha real vaxt çərçivəsini - altı ay adlandırıb.
Yanvarın 13-də hazırkı Amerika lideri Co Bayden demişdi ki, vəzifədən gedən ABŞ administrasiyası Trampın Kiyevə hərbi yardımı davam etdirməsi üçün zəmin yaradıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















