• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Efiopiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Efiopiya arasında siyasi məsləhətləşmələr keçirilib
16.01.2025 23:50
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Efiopiya arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Efiopiya Federativ Demokratik Respublikasında səfərdə olub.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Səfər zamanı Yalçın Rəfiyev Efiopiya Federativ Demokratik Respublikasının Nazirlər Kabineti Ofisinin başçısı Alem Tsehay Paulos, xarici işlər naziri Gedion Timotheos, ticarət və regional inteqrasiya naziri Kassahun Qofe, kənd təsərrüfatı naziri Girme Amente, eləcə də Efiopiya İnvestisiya Komissiyası və Efiopiya İnvestisiya Holdinqinin rəhbərləri ilə görüş keçirib, ölkədəki sənaye parkları və infrastruktur layihələri ilə tanış olub.
 
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassienin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparlmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə açdığı və yol xəritəsini müəyyən etdiyi vurğulanıb.
 
Həmçinin ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri müzakirə edilib, müvafiq sahələrdə hüquq-müqavilə bazasının yaradılması və işçi qrupların təsis edilməsi razılaşdırılıb. Qarşılıqlı ticarət missiyaların və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib. Efiopiyada vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN xidmət” konsepsiyası əsasında təsis edilməsi və bu istiqamətdə intensiv işin davam etdiyi məmnunluqla ifadə edilib.
 
Səfər çərçivəsində həmçinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 3-cü iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Efiopiya tərəfindən isə xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.
 
Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO, Azərbaycan İnvestisiya Holdinqi və SOCAR nümayəndələri daxil olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol