Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidana zəng vurub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.
Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib.Azərbaycanın istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















