• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında iştirak edib

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında iştirak edib
08.03.2025 09:03

Martın 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir müqəddəs Ramazan ayı münasibətilə bütün İslam dünyasına ən xoş arzularını çatdırıb.

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib. 

Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı olduğu diqqətə çatdırılıb.

Azərbaycanın yanvar ayında əldə olunmuş atəşkəsi müsbət qiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdə atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstin xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin başlanğıcı rolu oynamasının əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə, Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.

Hazırkı dövrdə göstərilən sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT-in məsuliyyətli üzvü kimi, həmçinin 2026-cı ildə İƏT-in sədri olaraq hər zaman qardaş Fələstin xalqına dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, öncəki illərdən əlavə, eskalasiyanın başladığı 2023-cü ildən etibarən Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə 2 milyon ABŞ dolları həcmində yardım göstərdiyi bildirilib.

Azərbaycanın, həmçinin Fələstin xalqına təhsil və səhiyyə sahəsində dəstək üzrə təşəbbüs göstərdiyi, bu istiqamətdə 2024-2025-ci illər üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın ayrıldığı, həmçinin Azərbaycanın Nablusda 600 nəfərlik məktəbin tikintisini də öhdəsinə götürdüyü diqqətə çatdırılıb.

Bayramov çıxışı zamanı Azərbaycanın Qəzzanın bərpası və yardım göstərilməsi üzrə Misir tərəfindən irəli sürülmüş və 4 mart tarixində Fövqəladə Ərəb Sammiti zamanı təsdiqlənmiş planı dəstəklədiyini vurğulayıb. Nazir çıxışı zamanı, bugünkü iclasda Suriyanın İƏT-də üzvlüyünün bərpa olunması ilə əlaqədar təbriklərini çatdırıb. Suriyanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkədə davamlı sülh və sabitliyin bərpa olunmasına dəstək ifadə olunub.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol