• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Əfqanıstan ordusuna daha 1 milyon avro ayırdı

Azərbaycan Əfqanıstan ordusuna daha 1 milyon avro ayırdı
28.05.2020 21:21
Azərbaycan Əfqanıstan Milli Ordusuna dəstək Fonduna daha 1 milyon avro ayırır. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan bu il İSAF qüvvələrinin çıxarılmasından sonra da Əfqanıstana dəstəyini davam etdirmək niyyətindədir: “Biz əfqan ordusuna dəstək fonduna 1 milyon avro ayırmışdıq və yardımı davam etdirəcəyimizi vəd etmişdik. Bu gün mən demək istəyirəm ki, biz daha 1 milyon avro ayıraraq bunu Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəmiz sayırıq”.   Azərbaycan prezidenti NATO-nun baş katibi ilə görüşdə bölgədəki vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıqlarını söyləyib: “Bu münaqişə regional təhlükəsizlik və sabitlik üçün əsas maneədir. Münaqişə mümkün qədər qısa zamanda həll olunmalıdır. Problemin həlli beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol