• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycana sülh müqaviləsi və enerji sahəsində tərəfdaşlığını alqışlayıb

ABŞ Azərbaycana sülh müqaviləsi və enerji sahəsində tərəfdaşlığını alqışlayıb
04.04.2025 13:01

ABŞ prezidenti Donald Tramp Azərbaycanın Ermənistanla sülh müqaviləsinin mətnini yekunlaşdırmasını alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş məsləhətçisi Erik Ceykobs bildirib. 

“Prezident Donald Tramp bu sənədin imzalanmasını və ratifikasiya olunmasını səbirsizliklə gözləyir. Regionda uzunmüddətli iqtisadi inkişafı təmin etmək üçün sabitlik və rəsmi sülh razılaşması həlledici əhəmiyyət daşıyır. Dayanıqlı sülh münaqişə dövranını qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifahın yeni dövrünü başlayacaq. Bu cəsarətli addımı ataraq sülh və tərəqqiyə doğru irəlilədiyiniz üçün sizə təşəkkür edirik”, – Ceykobs bildirib. 

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi ABŞ tərəfindən “yenilik, ambisiya və əməkdaşlığın parlaq nailiyyəti” kimi dəyərləndirilib. 

“Layihənin Azərbaycan üçün geniş enerji resurslarını reallaşdırmaq imkanı yaratdığı və bunun yalnız ölkə əhalisinə deyil, regionun digər dövlətlərinə də fayda verir. Azərbaycan artıq bir neçə onlarla ölkəyə etibarlı enerji təchizatçısına çevrilib”,- ABŞ rəsmisi deyib. 

“Amerika Birləşmiş Ştatları kimi, Azərbaycan da əhəmiyyətli enerji resurslarına malikdir. Prezident Tramp enerjini ABŞ-ın üstünlüyünün təməli və milli təhlükəsizliyin açarı kimi xarakterizə edib. Bu sərvətdən iqtisadi imkanlar yaratmaq, səhiyyə və təhsili yaxşılaşdırmaq, vətəndaşların həyat səviyyəsini yüksəltmək üçün istifadə etmək məsuliyyətli idarəçiliyin göstəricisidir”, – o əlavə edib. 

ABŞ rəsmisi həmçinin Hyustonda keçirilən CERAWeek tədbirində iştirak etdiyini və bu forumun təbii qazın qlobal enerji gündəmində əsas mövqeyə qayıtdığını açıq göstərdiyini bildirib. 

 “Təbii qaz artıq qeyri-müəyyən enerji gələcəyinə keçid vasitəsi kimi deyil, etibarlı, əlçatan və təhlükəsiz enerji mənbəyi kimi qəbul olunur. Bu, uzun illər boyu enerji tələbatını qarşılamaq üçün əsas seçim olacaq”, - o deyib. 

Bir neçə gün öncə Səngəçal ixrac terminalına etdiyi səfəri xatırladan rəsmi, Azərbaycanın təbii qazı ölkənin və Avropanın enerji təhlükəsizliyinin gələcəyi üçün əsas amil kimi dəyərləndirməyə davam etdiyini vurğulayıb.

“Xəzər dənizinə baxan bu möhtəşəm məkan – dünyanın əsas enerji mərkəzlərindən biri – bir daha göstərir ki, Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır”, – o bildirib.

Prezident Tramp isə enerji bolluğunu Amerikanın rifahının əsası hesab edir. ABŞ qlobal enerji potensialının açılması, eləcə də hər bir ölkənin öz resurslarından istifadə edərək inkişaf etməsi və çiçəklənməsi hüququnu dəstəkləmək üçün tərəfdaşlarla əməkdaşlığa sadiqdir.


N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol