• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan işğal olunmuş ərazilərində terrorçu qruplar hazırlayır"

"Ermənistan işğal olunmuş ərazilərində terrorçu qruplar hazırlayır"
28.05.2020 21:22
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov ölkəmizdə səfərdə olan Norveç parlamentinin üzvü Karin Voldset, İslandiya parlamentinin üzvü Ogmundur Yonasson, Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, AŞPA-nın keçmiş üzvü Jaakko Laakso ilə görüşüb.Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunan Gəray Fərhadov bu məsələnin ölkəmiz üçün prioritet problem olduğunu bildirib. Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini dilə gətirən G.Fərhadov prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini qeyd edib. Onun sözlərinə görə, bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir: “Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır”. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran G.Fərhadov Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də həllini tapmadığını vurğulayıb. O, qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışıb: “Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük Qayıdış” proqramını da hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub”. Azərbaycana səfəri barədə məlumat verən parlament üzvləri qeyd ediblər ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcəklər. Onlar Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkün olmasından məlumatlı olduqlarını bildirib, bu münaqişə bütün region üçün ciddi problem sayıblar. Sonda onlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilib. Parlament üzvləri yanvarın 15-də Ağdam rayonuna səfər edərək, orada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə də görüşəcəklər.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol