• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti Britaniya Kralını təbrik edib
14.06.2025 18:37

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında xoş ənənələrə əsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq münasibətlərinin, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın gündən-günə genişlənməsi bizi sevindirir. Mühüm iqtisadi tərəfdaşlarımızdan biri olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər.

Enerji sahəsində uzun illərdən bəri davam edən ənənəvi əməkdaşlığımız strateji xarakter daşıyır. Eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələlərinin bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyində aparıcı yer tutmasını məmnunluqla qeyd etmək istərdim.

Əminəm ki, qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Əlahəzrət, bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıq arzulayıram".

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol