• $
  • €
  • ₽
  • ₺
  • £

Media haqqında qanun bu sahədə müsbət dinamika yaradıb - Zahid Oruc

Media haqqında qanun bu sahədə müsbət dinamika yaradıb - Zahid Oruc
08.07.2025 12:01

"Media haqqında qanun"un qəbulundan sonra ölkədə xəbər istehsalı və onlayn media platformalarının fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənib. Bunu deputat Zahid Oruc bildirib.

Orucun sözlərinə görə, vebsaytların istehsal etdiyi xəbərlərin sayı üç dəfə artıb. 

"Kiçik auditoriyaya malik media qurumlarında da xəbər istehsalında artım müşahidə olunub. Redaksiya siyasəti ümummilli tələblərə uyğunlaşıb. İstinad və müəllif hüquqları sahəsində də dinamika müsbətdir. Lakin tərcümə xəbərləri əsasında inkişaf dayanıqlı ola bilməz”, – Oruc əlavə edib.

O həmçinin qeyd edib ki, 1990-cı illərdə Azərbaycanın informasiya məkanı xarici təsirlərə məruz qalıb və bəzi media qurumları xarici kəşfiyyat strukturlarının təsiri altında fəaliyyət göstərib.

Oruc bəzi media platformalarının, o cümlədən "Abzasmedia"nın fəaliyyətini bu kontekstdə dəyərləndirib.

“Xarici maliyyələşmə ilə fəaliyyət göstərən bəzi qurumlar fərqli dövlətlərin maraqlarına xidmət edir. Özlərini dövlətdən asılı olmayan kimi təqdim edən bəzi media strukturları sonradan dövlət büdcəsi hesabına fəaliyyət göstəriblər,” –  Oruc vurğulayıb.

Qanunla bağlı yeni dəyişikliklərə əsasən:

“Media subyekti” anlayışı xarici media qurumlarının filial və nümayəndəliklərini də əhatə edəcək şəkildə genişləndirilib. Onların fəaliyyəti beynəlxalq müqavilələrə uyğun tənzimlənəcək və Media Reyestrinə daxil olmadan fəaliyyət qadağan ediləcək.

Xarici jurnalistlər ifadəsi “xarici media nümayəndələri” ilə əvəz edilib, saxta məlumatların yayımı açıq şəkildə qadağan olunub.

İnformasiya agentlikləri üçün xarici mənbələrlə müqavilə sayında minimum hədd və istehsal edilən materialların 80%-nin orijinal olması tələbi müəyyənləşdirilib.

Oxşar adlı media qurumlarının yaranmasının qarşısı alınacaq, ictimai əxlaqa zidd ifadələrin istifadəsi qadağan ediləcək.

Media Reyestrinə daxil olmayan, şantaj və böhtan xarakterli məlumatlar yayan qəzetlərin yayımına qadağa qoyulacaq.

Media fəaliyyətinin dayandırılması və xitamı ilə bağlı normativ baza genişləndirilib; reyestrsiz fəaliyyətin qanunsuzluğu hüquqi şəkildə təsbit olunub.

Medianın İnkişafı Agentliyi onlayn mediada qadağan olunmuş materiallarla bağlı tədbirlər görmək səlahiyyətinə malik olacaq.

Media Reyestrinin açıq hissəsi yalnız subyektin reyestrdə olub-olmaması barədə məlumat verəcək.

Xarici media nümayəndəliklərinin xarici dövlətlər və onların strukturundan maliyyələşməsi qadağan edilib.

Çap və onlayn media subyektlərinin rekvizit məlumatlarını düzgün təqdim etməsi reyestrə müraciət üçün əsas tələblər sırasına daxil edilib.

“İş stajı” anlayışı “əmək stajı” ilə əvəzlənib; mülki-hüquqi müqavilələr bu anlayışa daxil edilməyəcək.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol