• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramovun sədrliyi ilə AQEM Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib

Ceyhun Bayramovun sədrliyi ilə AQEM Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib
25.09.2025 19:30

Sentyabrın 25-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının Sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

İclas zamanı AQEM Üzv Dövlətlərinin xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələri tərəfindən 2024-cü ilin dekabrından etibarən Azərbaycanın AQEM-də Sədrliyi dövründə əldə olunmuş tərəqqi müzakirə olunub, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının sədri qismində açılış nitqi ilə çıxış edərək Sədrliyin müxtəlif sahələr, o cümlədən bağlantılar, rəqəmsallaşma və dayanıqlılıq istiqamətləri üzrə müəyyən olunmuş strateji prioritetlərini vurğulayıb.

Nazir çıxışında AQEM-in institusional inkişafı və onun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi istiqamətində göstərilən səylər və əldə olunan tərəqqi barədə məlumat verib.

Bu çərçivədə, AQEM üzv dövlətlərinin ali təhsil müəssisələri arasında innovativ əməkdaşlıq platforması olan AQEM Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, AQEM Biznes Şurası və Biznes Forumunun, habelə 13-cü AQEM Beyin Mərkəzləri Forumunun Azərbaycanda uğurla təşkil edilməsi vurğulanıb.

Ceyhun Bayramov həmçinin Azərbaycanın əsas təşəbbüslərinin, o cümlədən AQEM Qadınlar Şurasının yaradılması kimi flaqman təşəbbüsün və AQEM Maliyyə Sammitinin təsis olunması istiqamətində əldə olunmuş irəliləyişin əhəmiyyətinə diqqət çəkib. Sözügedən yeni məsləhətçi orqanların yaradılmasının üzv dövlətlər arasında tematik əməkdaşlığı gücləndirəcəyi bildirilib.

AQEM Baş katibi və AQEM-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri bəyanatlarla çıxış ediblər. Natiqlər Azərbaycan Sədrliyinin nümunəvi liderliyini, baxışını və AQEM-i gücləndirməyə sadiqliyini yüksək qiymətləndiriblər.

Üzv Dövlətlər AQEM çərçivəsində institusionallaşma və nəticəyönümlü qarşılıqlı fəaliyyətin təşviqində Sədrliyin səylərinə diqqət çəkiblər. Onlar əsas layihələrin irəliyə aparılmasında Azərbaycanın göstərdiyi təşəbbüslərə görə minnətdarlıqlarını ifadə ediblər və bu təşəbbüslərin Asiya boyunca dialoq, etimad quruculuğu və çoxtərəfli əməkdaşlıq platforması kimi AQEM-in effektivliyini əhəmiyyətli dərəcədə artıracağını bildiriblər.

İclas əlamətdar qərarların qəbulu, xüsusilə iki yeni məsləhətçi orqanının – AQEM Maliyyə Sammiti və AQEM Qadınlar Şurasının yaradılması ilə yekunlaşıb.

Nazirlər Şurası həmçinin İkinci Dünya Müharibəsinin bitməsi və Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü münasibətilə bəyanatlar qəbul edib. Bu bəyanatlar vasitəsilə AQEM-ə üzv dövlətlər İkinci Dünya Müharibəsində qələbə üçün verilmiş tarixi qurbanları ehtiramla anıblar və çoxtərəfliliyə sadiqliklərini bir daha təsdiq ediblər. Onlar Asiyada və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqində AQEM-in dialoq, etimad quruculuğu və əməkdaşlıq platforması kimi rolunu vurğulayıblar. Nazirlər Şurasının Bəyanatında Azərbaycanın AQEM Sədrliyinin səyləri yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası 2024-cü ilin dekabr ayından başlayaraq iki il müddətinə 28 dövlətin üzv olduğu Asiyanın ən böyük regional platforması AQEM-də sədrlik edir. Müxtəlif çoxtərəfli formatlarda nümunəvi liderliyin davamı olaraq Azərbaycanın AQEM sədrliyi “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında AQEM regionunda dialoq və nəticəyönümlü əməkdaşlığın təşviqini prioritet olaraq elan edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol