• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan xalqı son yüz ildə dəfələrlə amansız təcavüzün qurbanı olub"

“Azərbaycan xalqı son yüz ildə dəfələrlə amansız təcavüzün qurbanı olub"
29.05.2020 04:57
"Azərbaycan xalqı son yüz ildə dəfələrlə amansız təcavüzün qurbanı olub, qırğınlara, deportasiya və etnik təmizləmələrə məruz qalıb”.

APA-nın məlumatına görə, bu sözlər Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda keçirilən II beynəlxalq elmi konfransın iştirakçılarına müraciətində yer alıb.
 
Dövlət başçısının müraciətində qeyd olunub ki, insanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımı probleminin dərindən və hərtərəfli öyrənilməsi mühüm əhəmiyyətə malikdir: "Hər bir humanitar faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər. Konfransın keçirildiyi Quba şəhərində 8 il əvvəl aşkar edilmiş kütləvi insan məzarlığı erməni millətçilərinin XX əsrin əvvəllərində Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi sistemli və məqsədyönlü qətllərin yalnız bir fraqmentidir. Sovet hakimiyyəti dövründə bu cinayətlərin ört-basdır olunması, tarixçilərin öz elmi-tədqiqat işlərini məhdud ideoloji çərçivələr və yanlış metodologiya əsasında aparmağa məcbur edilməsi erməni ekspansionist şovinizminin daha da güclənməsinə rəvac verib, 23 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında Xocalı soyqırımı kimi ağır faciənin baş verməsinə zəmin yaradıb. Etnik mənsubiyyətə görə törədilmiş bu kütləvi qırğına beynəlxalq birliyin vaxtında adekvat münasibət bildirməməsi sonralar planetin başqa yerlərində, o cümlədən Avropanın mərkəzində soyqırımı cinayətlərinin təkrarlanmasına yol açıb”.
 
Prezident İ. Əliyev qeyd edib ki, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə hörmətlə yanaşmağı tələb edir: "Belə şəraitdə, Azərbaycanda olduğu kimi, humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi zəruridir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Bu sahədə atılmalı olan ən mühüm addımlardan biri də tarixi yaddaşın təzələnməsi, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması, təhrif edilmiş tarixi hadisələrə obyektiv elmi qiymətin verilməsi ola bilər. Şübhə yoxdur ki, dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı bu beynəlxalq elmi konfrans maraqlı məruzə və çıxışlarla, problemin ayrı-ayrı aspektlərinə dair qiymətli faktların təqdimatı ilə yadda qalacaqdır. Əminəm ki, gələcək araşdırmalarınız da türk-müsəlman xalqlarının şanlı keçmişinin faciəli məqamlarına işıq salmağa və tarixidən ibrət dərsi götürməyə xidmət edəcək”. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol