• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikalı həmsədr: "Avropa Məhkəməsinin qərarı tərəflərin səylərinə təsir etməyəcək"

Amerikalı həmsədr: "Avropa Məhkəməsinin qərarı tərəflərin səylərinə təsir etməyəcək"
28.05.2020 19:19

"Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı tərəflərin səylərinə təsir göstərməyəcək".

"Report" "Novosti Armeni"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bildirib.
Diplomat qeyd edib ki, həmsədrlərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üzrə tərəflərlə işləmək tapşırılıb: "Avropa İnsan Haqları Məhkəməsinin qərarı nə bu mövqeyə, nə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı tərəflərin səylərinə təsir göstərməyəcək".

Qeyd edək ki, iyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını acıqlayıb.

 Məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

"Çıraqov və başqaları Ermənistana qarşı" adlı iş 2005-ci ilin aprelində baxılmaq üçün Avropa Məhkəməsinə təqdim olunub. 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Laçın rayonunda doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlər məhkəməyə şikayət veriblər. Şikayət 2005-ci ilin aprelində verilib və məhkəmə onu icraata qəbul edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol