• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqasında qrup mərhələsinin 5 iştirakçısı bəlli oldu

Çempionlar Liqasında qrup mərhələsinin 5 iştirakçısı bəlli oldu
26.08.2015 10:12
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
 
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" səfərdə "Malmö"nün qonağı olub. İlk görüşdə rəqibinə 2:3 hesabı ilə uduzan İsveç təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin meydan sahibləri 2:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.

Digər oyunlara gəlincə "Şaxtyor" (Donetsk) öz meydanında "Rapid" 2:2 hesablı bərabərə qalıb, "Dinamo" doğma azarkeşləri önündə "Skenderbeu"nu məğlub edib – 4:1.  "Bazel" səfərdə "Makkabi"nin qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. "Valensiya" isə "Monako"nun qonağı olub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə İspaniya təmsilçisi yüksəlib.

Beləliklə, "Malmö”, "Makkabi”, "Dinamo” (Zaqreb), "Şaxtyor” (Donetsk) və "Valensiya” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. "Seltik”, "Bazel”, "Skenderbeu”, "Rapid” və "Monako” isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə bu gün keçiriləcək 5 oyunla yekun vurulacaq.
 

 


25 avqust

Çempionlar Liqası, "pley-off"un ilk oyunları

23:45. "Malmö" (İsveç) - "Seltik" (Şotlandiya) - 2:0
Qol: Rosenberq, 23 (1:0), Boyata, 55-avtoqol (2:0)
İlk oyun - 2:3

23:45. "Makkabi” (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə) - 1:1
Qollar: Züffi, 11 (0:1), Zehavi, 24 (1:1)
İlk oyun - 2:2

23:45. "Dinamo" (Xorvatiya) - "Skenderbeu" (Albaniya) - 4:1
Qollar: Soudani, 9 (1:0), Esquerdina, 10 (1:1), Hodziç, 15 (2:1), Taravel, 55 (3:1), Soundani, 80 (4:1)
Qırmızı vərəqə: Qonsalo, 48 ("Dinamo")
İlk oyun - 2:1

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Rapid" (Avstriya) 2:2 Qollar: Marlos, 10 (1:0), Şaub, 13 (1:1), Hofman, 22 (1:2), Qladki, 27 (2:2)
İk oyun - 1:0

23:45. "Monako” (Fransa) - "Valensiya" (İspaniya) 2:1
Qollar: Neqredo, 4 (0:1), Raqqi, 17 (1:1), Elderson, 75 (2:1)
İlk oyun - 1:3

 

26 avqust

23:45. APOEL (Kipr) - "Astana" (Qazaxıstan)
İlk oyun - 0:1

23:45. "Partizan" (Serbiya) - BATE (Belarus)
İlk oyun - 0:1

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Latsio" (İtaliya)
İlk oyun - 0:1

23:45. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:3

23:45. CSKA (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:2

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol