• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın imtina etdiyi idmançı dünya çempionu oldu

Azərbaycanın imtina etdiyi idmançı dünya çempionu oldu
31.08.2015 10:38
Efiopiyalı qaçış üzrə idmançı Mare Dibaba Pekində keçirilən Dünya çempionatında yüngül atletika üzrə marafon qaçışında dünya çempionu olub.

Oxu.Az xəbər verir ki, Dibaba Dünya çempionatının qadın marafonunda ilk efiopiyalı qalib olub.

Qeyd edək ki, Dibaba 2009-cu ildə Mare və Mariya İbrahimova adı altında Azərbaycan yığmasının tərkibində çıxış edib. O, Avropada komanda çempionatında da çıxış edərək, Azərbaycan yığması üçün 3000 və 5000 metrlik məsafələrdə qələbə qazanıb.

Dibaba Dehlidə yarışda 1:08:45 nəticəni göstərərk yarım marafonda Azərbaycan üçün rekord vurub. Amma 2010-cu ilin əvvəlində efiopiyalı idmançı geriyə - vətəninə göndərilib, belə ki, onun yaşının saxtalaşdırıldığı aşkar edilib.  

Efiopiya bayrağı altında Mare 2014-cü ildə Çikaqo marafonunun, 2015-ci ildə Pekin marafonunun qalibi olub, indi isə Çinin paytaxtında dünya çempionu oldu.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol