• $
  • €
  • ₽
  • ₺
  • £

Mxitaryanın Dağlıq Qarabağa səfərinin sensasion təfərrüatı

Mxitaryanın Dağlıq Qarabağa səfərinin sensasion təfərrüatı
31.08.2015 14:09
HENRİK AZƏRBAYCAN ORDUSUNA QARŞI DÖYÜŞƏN ERMƏNİ HƏRBÇİLƏRİN AİLƏLƏRİNƏ YARDIM EDİB!

Dortmundun "Borussiya” klubunun erməni əsilli futbolçusu Henrik Mxitaryanın Dağlıq Qarabağa səfərlərinin məqsədi bəlli olub.

Qol.Az-ın xəbərinə görə, Rusiyanın sports.ru saytında erməni jurnalist Ararat Mamberyanın yazısından məlum olub ki, Mxitaryan 2009-2012-ci illər aralığında, hələ Ukraynanın "Şaxtyor” klubunda çıxış edərkən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə, Xankəndi şəhərinə dəfələrlə qanunsuz səfərə gedib.

Erməni jurnalist yazıb ki, səfər xeyriyyə məqsədi ilə həyata keçirilib. "Artsaxda (Dağlıq Qarabağda – red.) olarkən Mxitaryan hər dəfə erməni ailələrinə soyuducu, paltaryuyan maşın, televizor hədiyyə edib. Həmçinin Henrix bölgələdə futbolun populyarlaşmasına dəstək olub”.

Yazıdan aydın olur ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan bölgədə futbola verdiyi dəstəyə və həyata keçirdiyi xeyriyyə aksiyasına görə Henrik Mxitaryana təşəkkür edib və onu "xalq müdafiəçisi” adlanan ordenlə təltif edib.

Qeyd edək ki, Mxitaryan hər dəfə bu yardımları   Yeni il ərəfəsində edib. Erməni jurnalistinin bu yazısından o da məlum olub ki, son aksiya zamanı Henrik tərəfindən Azərbaycan torpaqlarının işğalında rol oynayan hərbçilərin ailələrinə də yardım edilib.

"Növbəti aksiya zamanı Artsaxın (Dağlıq Qarabağın – red.) işğaldan azad olunmasında (?) iştirak etmiş hərbçilərin ailələrinə yardım göstərilib. 21 ailəyəyə məişət avadanlıqları təqdim olunub. Mxitaryan onlara öz avtoqrafı ilə top da hədiyyə edib. Ümumiyyətlə, ulduz futbolçular üçün öz vətəninə kömək etmək normal haldır” – deyə yazıda qeyd olunub.

Beləliklə, erməni jurnalistin yazısında da təsdiq olunur ki, Mxitaryan Qarabağ müharibəsi zamanı Azərbaycan ordusuna qarşı döyüşən erməni ailələrinə dəfələrlə yardım edib. Bundan başqa, onun bu səfərlər zamanı Dağlıq Qarabağın separatçı rejiminə maddi dəstək verməsini də istisna etmək olmaz. Çünki bu günə qədər separatçı rejimin dünyada məşhur və varlı olan ermənilərdən maddi dəstək aldığı kimsəyə sirr deyil.

Yəri gəlmişkən, bu qanunsuz hərəkətinə görə Mxitaryanın Azərbaycan dövləti tərəfindən arzuolunmaz şəxs elan edildiyi və onun "Qəbələ” ilə oyun zamanı ölkəmizə buraxılmayacağı bildirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol