• $
  • €
  • ₽
  • ₺
  • £

Tahir Gözəl: "Yeni transferlər "Qarabağ"a fayda verməlidir"

Tahir Gözəl: "Yeni transferlər "Qarabağ"a fayda verməlidir"
02.09.2015 23:23
"Baş məşqçi Qurban Qurbanovun bir neçə futbolçu istəyi oldu. O futbolçuların "Qarabağ"a böyük köməyi olacağını düşünürəm".

Qol.Az-ın məlumatına görə, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibəsində deyib.

Klub rəsmisi yeni transferlərin komandaya faydalı olacağına inandığını bildirib: "Fikrimcə, gələn futbolçular mütləq "Qarabağ"ın səviyyəsini qaldırmalıdır. Gələn hər bir futbolçu Azərbaycan futboluna, "Qarabağ"a fayda verməlidir. Qurban Qurbanov çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi baş məşqçimizin arxasındayıq, ona inanırıq".

T.Gözəl bütün Azərbaycanın "Qarabağ"la qürur duyacağını bildirib: "Məqsədimiz 1-2 transferlə digər klublara çox çətin rəqib olmaqdır. "Monako"nun rəsmisi də bunu vurğulayıb ki, "Qarabağ" zəif rəqib deyil. Onlara qarşı çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq. Biz əlimizdən gələn dəstəyi verməyə çalışırıq. Hesab edirəm ki, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticədən asılı olmayaraq bütün ölkə "Qarabağ"la qürur duyacaq".


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol