• $
  • €
  • ₽
  • ₺
  • £

Şenol Güneş: "Bədavi Hüseynovu "Bursaspor"a transfer etmək istəyirdik"

Şenol Güneş: "Bədavi Hüseynovu "Bursaspor"a transfer etmək istəyirdik"
25.05.2021 18:30
"Bakı Olimpiya Stadionunu (BOS) gəzdim, çox gözəldir. "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"nı da bəyəndim. Qutu kimidir. Ot örtüyü də əladır. Bilirsiniz ki, orada məşq edəcəyik. Amma BOS daha yaxşıdır. Kaş, arena tam dolardı".

Bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş İctimai TV-də yayımlanan "Bol idman" verilişinə müsahibəsində Bakıda keçiriəcəkləri AVRO-2020-nin oyunları barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis türkiyəli və azərbaycanlı azarkeşlərin dəstəyi ilə rəqiblərə qarşı üstünlük əldə edəcəklərinə inandığını bildirib: "Düşünürəm ki, bu amil oyunumuza müsbət təsir edəcək. Qrupdakı ikinci matçımız çətin keçəcək. Çünki Uelsin ilk oyunu Bakıda İsveçrəyə qarşı olacaq. Biz isə İtaliya ilə qarşılaşdıqdan sonra Azərbaycana yollanacağıq. Buna baxmayaraq, azarkeşlərin bizə çox kömək edəcəyini fikirləşirəm. İsveçrə ilə son matçımız da coşqulu olacaq. Təbii ki, öz oyunumuz da vacibdir. Fanatların rəğbətini qazanmaq, onları coşdurmaq üçün baxımlı futbol sərgiləməliyik".

Təcrübəli baş məşqçi mayın 27-də Alanyada Azərbaycan millisinə qarşı oynayacaqları yoldaşlıq görüşünə də toxunub: "Azərbaycanın yeni komandası var.
 
Ona görə çox futbolçunu tanımıram. Amma əvvəlki heyətdən çıxışına bələd olduğum futbolçular var idi. Hazırkı komandadan Bədavi Hüseynovu tanıyıram.
 
"Qarabağ"da çıxış edir, müdafiəçidir. Hətta "Bursaspor"da işləyərkən onu transfer etməyi düşünürdük. Ümumiyyətlə, "Qarabağ" son illər həm ölkə çempionatında, həm də avrokuboklarda uğurla çıxış edir. Bu mövsüm isə "Neftçi" onları qabaqladı. Bunun özü də böyük uğurdur".

Güneş sonda azərbaycanlı azarkeşlərə səslənib: "Öncə Avropa çempionatının hamı üçün xeyirli olmasını arzu edirəm. Turnirin 4 oyununun Azərbaycanda keçirilməsinə mən də sevinirəm. Çünki bizim üçün də uyğun variantdır. Türkiyədən sonra gedəcəyimiz ilk ölkə ikinci vətənimiz saydığımız Azərbaycandır. Bu baxımdan, özümüzü şanslı sayırıq. İstərdim ki, öz yığmaları kimi bizə də sahib çıxsınlar və dəstəkləsinlər. Biz də onlara layiq olaq. Bütün sahələrdə əməkdaşlığımızın futbolda davam etməsini istəyirəm. Hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol