Azərbaycan Kubokunda səfər qolu qaydasıyla bağlı AÇIQLAMA

Futbol üzrə Azərbaycan Kubokunda səfər qolunun ləğvi məsələsi müzakirə edilir.
Bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Onun sözlərinə görə, hələ ki, bu yöndə konkret bir şey yoxdur: "Futbolla bağlı bütün məsələləri müzakirə edirik. Amma yekunda necə olacaq, o barədə məlumatım yoxdur".
www.anews.az
Son xəbərlər 
Daha çox 























