• $
  • €
  • ₽
  • ₺
  • £

"Hər üç kuboku qazana bilərik" – Luis Enrike

"Hər üç kuboku qazana bilərik" – Luis Enrike
13.05.2015 14:00
"Bavariya" ilə cavab oyunu asan deyildi. Yaxşı ki, ilk matçdan sonra üstünlüyümüz var idi. "Bavariya" irəli atılanda çətinliklə üzləşdik. İlk hissədə topa nəzarət edirdik, ancaq fasilədən sonra xeyli səhvlərimiz oldu".

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya məğlub olduqları cavab oyunundan sonra deyib.

"Barselona” uduzsa da, iki oyununun nəticəsinə görə (3:0, cavab matçında 2:3) finala vəsiqə qazanıb.

İspaniyalı mütəxəssis komandasının cari mövsüm üç kuboku da qazana biləcəyini deyib: "Bavariya" risk etdi. Ancaq biz də erkən qol vurmaq istəyirdik. Çünki bu, bizdəki inamı artıracaqdı. Futbolçularımın oyunundan razı qaldım. Onlar təbrikə layiqdirlər. Məşqçi kimi finala yüksəlmək fərqli təcrübədir. Cari mövsüm hər üç kuboku (La Liqa, İspaniya və Çempionlar Liqasının kuboku nəzərdə tutulur – red.) qazana bilərik".

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə görə 5:3 hesabı ilə qələbə qazanan "Barselona" finala adlayıb. Komandanın həlledici görüşdəki rəqibinə bu axşam keçiriləcək "Real" - "Yuventus" matçından sonra aydınlıq gələcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol