• $
  • €
  • ₽
  • ₺
  • £

"Suareslə problemim olmayacaq" – Evra

"Suareslə problemim olmayacaq" – Evra
14.05.2015 19:59
"Yuventus"un müdafiəçisi Patris Evra "Barselona"nın forvardı Luis Suares haqda danışıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, fransalı futbolçu daha öncə problem yaşadığı Suareslə Çempionlar Liqasının final matçında salamlaşacağını bildirib:

"Bu barədə mənə çox sual veriblər. Qeyri-adi heç nə yoxdur. Qaradərili olmağımla fəxr edirəm. Bəli, 4 il öncə aramızda xoşagəlməz hadisə yaşandı. Premyer Liqada oynadığımız vaxtlar onunla salamlaşmırdım. Ancaq bu dəfə hər hansı problem olacağını düşünmürəm. Matçdan öncə onun əlini sıxacam".

Xatırladaq ki, Suares 2011-ci ildə "Liverpul"da oynadığı dönəmdə o zamanlar "Mançester Yunayted"in şərəfini qoruyan Evranın ünvanına irqçi şüarlar səsləndirmişdi. Həmin hadisədən sonra Evra Suareslə qarşılaşdığı oyunlardan öncə uruqvaylı futbolçunun salamını almırdı. 

Qeyd edək ki, iyunun 6-da Berlində keçiriləcək "Barselona" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol