• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan boksçuları Avropa çempionatında 6 medalı təmin etdi

Azərbaycan boksçuları Avropa çempionatında 6 medalı təmin etdi
21.05.2015 10:59
Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
 
"Report"un məlumatına görə, Azərbaycan milli komandasının 6 üzvü qitə birinciliyinin yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov ötən gün ¼ finalda litvalı Lukas Petrauskasdan üstün olub – 3:0. Məlikov finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skomoroxla üz-üzə gələcək. Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. O, rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib – 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq. Kənan İsmayılzadə (75 kq) ilə Kənan Əliyev (46 kq) isə ¼ finalda mübarizəni dayandırıblar. Yarımfinaldakı digər rəqiblərə gəldikdə, Cavid Hüseynov (48 kq) Lorkan Harlekslə (İrlandiya), Niyaməddin Allahverdiyev (52 kq) Deklin Daffla (Şotlandiya), Orxan Həsənov (54 kq) İvan Kozyarla (Ukrayna), Bəxtiyar Qazıbəyov (60 kq) isə Koryan Asteyanla (Ermənistan) üz-üzə gələcək.

Qeyd edək ki, döyüşlər mayın 22-də keçiriləcək.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol