• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya yığmasının lideri Azərbaycanı təmsil etmək istəyir

Almaniya yığmasının lideri Azərbaycanı təmsil etmək istəyir
22.05.2015 19:22
Ölkəmiz bunun üçün 50 min avro məbləğində təzminat ödəməlidir.

29 yaşlı qrossmeyster Arkadiy Naydiç (reytinq 2720) bundan sonra Almaniya yox, Azərbaycanın şərəfini qoruyacaq.

Oxu.Az xəbər evrir ki, bu barədə jurnalist Ştefan Leflerin "Frankfurter Allgemeine Zeitung” qəzetində çap edilmiş məqalisində bildirir. Tərəflər bu həftənin sonunda müqavilə imzalamalıdırlar. 

Almaniya şahmat federasiyasının rəsmi saytında Arkadiy Naydiçin millinin sıralarını tərk etməsi barədə məlumat verilib. Chess-news.ru yazır ki, 29 yaşlı şahmatçının Azərbaycan yığmasında çıxış edəcəyi barədə danışmaq hələ tezdir, lakin ola bilsin ki, bunun yalnız rəsmi tərəfi qalıb. 

Qey edək ki, Arkadiy Naydiç Riqada doğulub, 11 yaşında isə ailəsi ilə birlikdə Dortmunda köçüb. 2005-ci ildən etibarən Almaniyanın vətəndaşıdır. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. Və elə həmin vaxt Naydiçin Almaniya şahmat federasiyası iləmünasibətləri gərginləşib. 

Lefler məlumat verir ki, Almaniya şahmat federasiyası hadisələrin belə inkişafından təəsüflənmədiyini bildirib, çünki Azərbaycan tərəfi Naydiçin keçidinə görə almanlara 50 min avro təzminat ödəyəcək. Belə ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qəbul etdiyi qaydalara əsasən, əgər 2700 xaldan çox reytinqi olan şahmatçı iki illik fasilə olmadan yeni bir yığmanın heyətində çıxış edəcəksə bu məbləğdə (50 min avro) təzminat ödənilməlidir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol