• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Oyunlarına 280 ədəd “NAZ Lifan” avtomobili gətirildi

Avropa Oyunlarına 280 ədəd “NAZ Lifan” avtomobili gətirildi
08.06.2015 13:11
"Naxçıvan Avtomobil Zavodu "Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi dəstəkçisi sazişinin şərtlərinə yüksək səviyyədə əməl edir. Bunun üçün lazım olan bütün işlər görülüb”. 

Modern.az-ın məlumatına görə, bu barədə açıqlamanı müəssisənin direktoru Musa Abdullayev verib. Onun sözlərinə görə rəsmi tərəfdaşlıq çərçivəsində artıq Bakıya 280 ədəd "NAZ Lifan” markalı avtomobil gətirilib.

"Müəssisəmizdə yığılan 80 ədəd "NAZ Lifan X60” krossoveri və 200 ədəd "NAZ Lifan 720” markalı avtomobil istifadə üçün  "Bakı-2015”  Avropa Oyunları Əməliyyat Komitəsinə təhvil verilib. Öz komfortu və rahatlığı ilə seçilən avtomobillərimizdən hər bir istifadəçinin razı qalacağına ümidvarıq. İdman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələri ilə təminat məqsədi ilə fasiləsiz serviz xidmətini də təşkil etmişik. Belə ki, günün istənilən vaxtında hər hansı bir problemlə qarşılaşacaq sürücü bizim qaynar xəttə müraciət edə bilər. Dərhal həmin ünvava yollanacaq çinli və yerli mütəxəssislərdən ibarət peşəkar mobil briqida problemi yerindəcə həll etmək gücünə malikdir" deyə Musa Abdullayev əlavə edib”.

Naxçıvan Avtomobil Zavodunun direktoru onu da bildirib ki, bu günədək avtomobillərdə elə də ciddi problem yaşanmayıb:

"Biz "Bakı-2015” Avropa Oyunları ailəsinin bir üzvü olduğumuza və ölkəmizin tarixindəki ən iri idman yarışına dəstək verə biləcəyimizə görə fəxr edirik. Çalışacağıq ki, ilk Avropa Oyunları müddətində bütün bizim avtomobillərin istifadəçilərinə dünya səviyyəli xidmət göstərək”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol