• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-2015-lə bağlı “qaynar xətt” yaradıldı

Bakı-2015-lə bağlı “qaynar xətt” yaradıldı
12.06.2015 21:52
Bakı-2015 birinci Avropa Oyunlarının başlaması ilə əlaqədar Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. Rayona gələcək qonaqların çoxluğu nəzərə alınaraq mərkəz istirahət və bayram günlərində də fəaliyyət göstərəcək.
 
Mərkəzin direktoru Murad Hacıyev AZƏRTAC-a müsahibəsində bildirib ki, turistlərin rayonda istirahətini təmin etmək üçün "qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.
 
Qubaya gələn turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardır. Hər 4 marşrut üzrə turistlərin sıxlığı müşahidə olunur.
 
Rayonda fəaliyyət göstərən 36 istirahət mərkəzinin hər birində yay turizm mövsümünə hazırlıq işləri yekunlaşıb. Ötən ilə nisbətən istirahətə gələnlərə göstərilən xidmət növlərinin sayı və keyfiyyəti də artırılıb.
 
Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.









www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol