• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Oyunlarında götürülmüş dopinq-testlərin sayı açıqlandı

Avropa Oyunlarında götürülmüş dopinq-testlərin sayı açıqlandı
24.06.2015 13:59
"Bakı 2015" I Avropa Oyunları iştirakçılarından indiyədək 1400 dopinq-testi götülürüb.

 Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin dopinqə qarşı mübarizə sektorunun müdiri və Ümumdünya Antidopinq Agentliyinin zabiti İradə Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar yarış öncəsi, yarış zamanı və yarışdankənar dövrdə götürülüb. İ.Rüstəmzadə bildirib ki, analizlər Moskva (Rusiya) və Vyana (Avstriya) laboratoriyalarında aparılır. Nazirlik rəsmisi analiz cavablarının bir sutka ərzində verildiyini açıqlayıb: "Hələlik antidopinq qaydalarının yalnız bir pozulma halına rast gəlinib. İyunun 13-də albaniyalı boksçu Rehildo Zenelinin sidik analizi nəticəsində istifadəsi qadağan olunmuş furosemid aşkarlanıb. 19 yaşlı idmançı dərhal yarışlardan kənarlaşdırılıb. Analoji hallara yenə rast gəlinsə, bizə bir gün ərzində məlumat veriləcək".

Qeyd edək ki, 6000-dən çox idmançının qatıldığı Avropa Oyunlarına iyunun 28-də yekun vurulacaq. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol