• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağı hər məşqdə, hər oyunda yada salırıq” – Qurban Qurbanov

“Qarabağı hər məşqdə, hər oyunda yada salırıq” – Qurban Qurbanov
23.07.2015 20:41
"Hələ ki, "Seltik”lə maraqlanmamışam. Bugünlərdə rəqibi araşırmağa başlayacağıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Supersport.az saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri ilə ilk oyunun səfərdə keçiriləcəyini müsbət hal kimi qiymətləndirib:

"Əslində hər şey qazanacağımız nəticədən asılıdır. İlk görüşün rəqib meydanında olması hardasa üstünlüyümüz sayıla bilər. Ancaq harda oynayacağımızdan asılı olmayaraq ilk oyunda yaxşı nəticə qazanmaq vacibdir”.

Q.Qurbanov hollandiyalı yeni transfer Raydel Puponun hələ ki, oyunlara hazır olmadığını bildirib: "Hələ ki, onun hazırlıq səviyyəsi aşağıdır. "Seltik”lə ilk oyuna tam hazır olmaya bilər. Ancaq cavab matçında meydana çıxması mümkündür”.

Q.Qurbanov bu gün "Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin ermənilər tərəfindən işğal olunmasının 22-ci  ildönümü olmasını da xatırladıb: "Bu günün önəmi böyükdür. Ancaq biz elə bir komandada çalışırıq ki, tək belə günlərdə yox, daima uğur əldə etmək istəyirik. Biz Qarabağı hər məşqdə, hər oyunda yada salırıq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol