• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - NƏTİCƏLƏR (VİDEO)

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - NƏTİCƏLƏR (VİDEO)
29.07.2015 09:00
"Fənərbaxça" klubu "Şaxtyor" komandası ilə heç-heçə edib.

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.

Güclü çempionatlarda çıxış edən bu komandaların matçları daha çox maraq kəsb edir. Türkiyə "Fənərbaxça”sı Ukrayna "Şaxtyor”u ilə qarşılaşıb. Bu qarşılaşma Türkiyədə uğurla çalışmış və tez-tez adı bu ölkənin klubları ilə yanaşı hallanan Mirça Luçeskunun rəqib qismində İstanbula qayıtması ilə əlamətdar olub.

Rəqiblərin bütün cəhdlərinə baxmayarq Luçesku Türkiyəyə dönüşünü qolla qeyd edə bilməyib. Qolsuz bərabərliklə ukraynalılar ikinci oyun öncəsi nisbi üstünlük qazanıblar.

Bundan başqa, Rusiya MOİK-inin Çexiya "Sparta”sı, "Panatinaikos”un (Yunanıstan) Belçika "Brügge”si ilə qarşılaşmaları da maraqlı olub. "Monako” isə İsveçrədə "Yanq Boyz”un qonağı olub.

Xatırladaq ki, Azərbaycan çempionu "Qarabağ” bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Ağdamlılar Şotlandiyada "Seltik”in qonağı olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar

MOİK (Rusiya) - "Sparta” (Çexiya) - 2:2
"Milsami” (Moldova) - "Skenderbeu” (Albaniya) - 0:2
"Midtyulland” (Danimarka) - APOEL (Kipr) - 1:2
"Makkabi” (Təl-Əviv, İsrail) - "Viktoriya” (Çexiya) - 1:2
"Fənərbaxça” (Türkiyə) - "Şaxtyor” (Ukrayna) - 0:0
"Panatinaikos” (Yunanıstan) - "Brügge” (Belçika) - 2:1
"Yanq Boyz” (İsveçrə) - "Monako” (Fransa) - 1:3
"Videoton” (Macarıstan) - BATE (Belarus) - 1:1
"Dinamo” (Xorvatiya) - "Molde” (Norveç) - 1:1


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol