• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ”a qol vuran oyunçu danışdı

“Qarabağ”a qol vuran oyunçu danışdı
30.07.2015 18:27
"Hələ öncədən bilirdik ki, rəqib topla oynamağı yaxşı bacaran komandadır. Onlar topu özlərində çox saxladıqdan sonra qol imkanları arayırdılar".

Qol.Az-ın "Report"a istinadən məlumatına görə, bunu Azərbaycanın "Qarabağ" klubu ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şotlandiya "Seltik"inin yeganə qolunu vurmuş futbolçu Dedrik Boyata deyib.

25 yaşlı müdafiəçi bildirib ki, seçdikləri düzgün taktika sayəsində müsbət nəticəyə nail olublar. Lakin Konqo əsilli belçikalı oyunçu cavab görüşündə "Qarabağ"ın da lazımi nəticəni qazanmaq imkanının olduğunu vurğulayıb. O, Bakıdakı qarşılaşmanın "Seltik" üçün çətin keçəcəyini etiraf edib: "Öz meydanımızda qalib gəlmişik və Bakıya üstünlüklə yollanırıq. Amma hələ daha 90 dəqiqə oynamalıyıq. Bu isə həqiqətən ağır olacaq. Bilirik ki, səfər qolu bizim üçün çox vacibdir. Bakıda da qalib gəlməyə qadirik. 90 dəqiqə ərzində nələrin baş verəcəyini heç vaxt bilmək olmur. Amma biz yaxşı nəticə ilə qayıda bilərik".

Qeyd edək ki, Dedrik Boyata "Qarabağ"ı 82-ci dəqiqədə künc zərbəsindən sonra məyus edib. Avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:30-da başlanacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol